İtaliyanın Ferrara və ətrafındakı ərazilərində yaşayan sakinlərində COVİD-19 virusuna qarşı immunitet aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə La Nuova Ferrara nəşri xəbər yayıb.
Qeyd olunub ki, Emilia-Romanya əyalətində 14 mindən çox, Ferrarada isə cəmi 307 yeni növ koronavirusa yoluxan var.
Bu məlumatları Mülki Müdafiə xidmətinin komissarı Serjio Venturi təsdiqləyib. O bildirib ki, digər əyalətlərlə müqayisədə Ferrara koronavirusa qarşı müqavimət göstərə bilir.
Komissarın sözlərinə görə, qonşu Bolonyada yoluxma halları müqayisə edilməz dərəcədə çoxdur.
T.İSMAYIL