Modern.az

Karantin rejimini pozan 3 nəfər məsuliyyətə cəlb edildi

Karantin rejimini pozan 3 nəfər məsuliyyətə cəlb edildi

Aktual

1 Aprel 2020, 10:30

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31 mart 2020-ci il saat 08:00-dan 01 aprel 2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumatı açıqlayıb.

 

Qurumdan Moden.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-iü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.    

 

-  Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 21-iü rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsinin geri qaytarılıb.   

   

-  Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.    

  

Rəsmi məlumata görə, gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.



19 martdan 1 aprel 08:00-dək 8579 nəqliyyat vasitəsinin rayon, 24 martdan 1 aprel saat 08:00-dək isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.     

 

Ümumilikdə bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?