Modern.az

Bakıda ağır yol qəzası: yaralı var

Bakıda ağır yol qəzası: yaralı var

Aktual

1 Aprel 2020, 23:17

Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

Modern.az  “Report”a istinadən xəbər verir ki, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Şahgəldiyev Fərid Eldar oğlu xəsarət alıb.

O, hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Tibbi müayinədən sonra ona, sol əlin 4-5 daraq sümüklərinin sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, "Mercedes" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşmasından sonra zərbədən "Toyota" markalı avtomobil yolun kənarına aşıb.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...