Modern.az

Gəncədə karantin rejimini pozanlar cərimələnib - FOTO  

Gəncədə karantin rejimini pozanlar cərimələnib - FOTO  

Aktual

3 Aprel 2020, 12:58

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir. 

 

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhər ərazisindəki yanacaq doldurma məntəqələrinə xüsusi karantin rejimlərinin tələblərinin icrasına nəzarət məqsədilə reyd təşkil edilib. Reyd zamanı bir neçə yanacaq doldurma məntəqəsində müştərilərə xidmət göstərən zaman yaxın təmasda olan personalların xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb. Aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV