Modern.az

Tibbi maskalar xəstəlikdən müdafiəni təmin etmir - ÜST

Tibbi maskalar xəstəlikdən müdafiəni təmin etmir - ÜST

Aktual

3 Aprel 2020, 12:20

Tibbi maskalar xəstəlikdən müdafiəni təmin etmir və sağlam insanların maska taxması tələb olunmur.

 

Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.

 

O bildirib ki, ÜST-ün bu məsələdə mövqeyi dəyişməyib:

 

"Kimdə xəstəlik simptomları varsa, ətrafdakı şəxslərin müdafiəsi üçün maska taxmalıdır. Bundan başqa, xəstələrə qulluq edən şəxslər maska taxmalıdır".

 

ÜST nümayəndəsi əlavə edib ki, maska özü-özlüyündə koronavirusdan yoluxmadan xilas edə bilməz, bunun üçün digər müdafiə tədbirləri də zəruridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?