Modern.az

BMT-nin 111 əməkdaşı koronavirusa yoluxub

BMT-nin 111 əməkdaşı koronavirusa yoluxub

Aktual

3 Aprel 2020, 17:04

BMT-nin azı 111 əməkdaşı koronavirusa yoluxub.

 

Modern.az-ın  məlumatına görə, bunu təşkilatın Cenevrədəki mənzil-qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi deyib. Onun sözlərinə görə, təkcə 9 yoluxma Cenevrədə qeydə alınıb.

 

Qeyd olunur ki, koronavirusa yoluxan əməkdaşlar BMT-nin Ticarət və İnkişaf Konfransının, BMT-nin İnsan Haqları üzrə Ali komissarının İdarəsinin, eləcə də Cenevrədəki mənzil-qərargahının əməkdaşlarıdır.

 

İsveçrədə xəstəliyin sürətlə yayılması ilə əlaqədar elan olunan fövqəladə vəziyyət şəraitində əksər ofis işçiləri, eləcə də BMT əməkdaşları uzaq məsafədən işə başlayıblar.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!