Modern.az

Azərbaycanda bir gündə 1569 sürücü məsuliyyətə cəlb olundu

Azərbaycanda bir gündə 1569 sürücü məsuliyyətə cəlb olundu

Aktual

8 Aprel 2020, 10:26

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 7 aprel saat 00:00-dan 8 aprelsaat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumatı açıqlayıb.

 

İdarədən Modern.az-averilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 7 aprel saat 00:00-dan 8 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1569 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə 1aprel tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV