Modern.az

Nazirlik şuraya üzvlər seçilməsini TƏXİRƏ SALDI

Nazirlik şuraya üzvlər seçilməsini TƏXİRƏ SALDI

Aktual

8 Aprel 2020, 11:30

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən biri də kütləvi tədbirlərin təxirə salınmasıdır.

 

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədilə şuraya üzvlərin seçilməsi üçün 17 aprel 2020-ci il tarixində nəzərdə tutulan birgə yığıncağın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır