Modern.az

Cəbhə bölgəsində ahıllara və aztəminatlı ailələrə yardımı edilib

Cəbhə bölgəsində ahıllara və aztəminatlı ailələrə yardımı edilib

Aktual

10 Aprel 2020, 11:16

Füzuli rayonunda Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır. 


Karantin rejimi zamanı ən çox əziyyət çəkən insanlar tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşlardır.
Modern.az xəbər verir ki, rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıb. 


Ahıl vətəndaşlar bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayıblar.

İcra Hakimiyyətindən bildirilib ki, Alı Alıyev mütəmadi olaraq yaşayış məntəqələrində olaraq xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqi aparır, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evda qalmalarını tövsiyə edir.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV