“Son günlər Azərbaycanın müxtəlif bölgələrində bəzi market sahibləri tərəfindən irəli sürülən humanist təşəbbüsün şahidi olduq. Biz də qısa zaman çərçivəsində “Deputat Qərargah”ında yaradılmış İşçi Qrupunun üzvləri ilə birgə operativ şəkildə ərazimizdə yerləşən kiçik və irimiqyaslı marketlərlə əlaqəyə keçərək 10-dan çox market daxilində “Ehtiyacı olanlara öz payından pay ver” guşəsini yaratdıq”.
Modern.az xəbər verir ki, bu sözlər Milli Məclisin deputatı Könül Nurullayevin seçicilərinə və bütövlükdə ölkə vətəndaşlarına növbəti müraciətindəndir. Xeyirxah missiyaya dəstəyini ifadə edən deputat yaradılan həmin güşələri lazımı ərzaq məhsulları ilə təmin etdiklərini və bu estafeti davam etməyi xeyirxah insanlara ötürdüklərini bildirib. Onun sözlərinə görə, kampaniya ərzində yaxın ətrafda yaşayan sakinlərin həftədə 1 dəfə olmaq şərtilə şəxsiyyət vəsiqəsini təqdim etməklə ehtiyacı olan ərzaq məhsullarını PULSUZ götürmək imkanı olacaq:
“Bu çətin günlərdə ehtiyacı olan insanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur. İmkanı olan vətəndaşlarımızı həmin marketlərdəki rəfləri boş qoymamağa çağırıram. Xalqımız hər zaman xeyirxahlığı, mərhəməti ilə seçilib və bu yüksək keyfiyyətlərinə indiki ağır günlərdə də sadiq qalacağına inanıram”.
Daha sonra millət vəkili “Ehtiyacı olanlara öz payından pay ver” aksiyasında iştirak edən Nizami rayon ərazisindəki bütün marketlərə (aşağıda adları və ünvanları qeyd olunub) təşəkkürünü bildirib və digər marketləri də bu təşəbbüsə qoşulmağa dəvət edib. Xeyriyyəçilik marafonuna qoşulan marketlərin siyahısını təqdim edirik.
Xatırladaq ki, təşəbbüsə sonradan dəstək verən marketlərin də adları siyahıya əlavə olunacaq.