Bu gün Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir.
Modern.az xəbər verir ki, sammit koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub və Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidentləri Kasım-Jomart Tokayev, Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Macarıstan Baş naziri Viktor Orban və TDƏŞ Baş katibi Bağdad Amreyevin iştirak edir.
Sammitin yekununda birgə bəyannamə qəbul ediləcəyi gözlənilir.