Modern.az

Misir Mərdanov 12 tələbəyə onlayn dərs keçir

Misir Mərdanov 12 tələbəyə onlayn dərs keçir

Aktual

10 Aprel 2020, 17:52

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov rəhbərlik etdiyi qurumda magistratura təhsilini davam etdirən 12 nəfərə onlayn dərslərin keçirildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, M. Mərdanov qeyd edib ki, rəhbərlik etdiyi institutun əməkdaşları ilə mütəmadi olaraq onlayn formada əlaqə saxlanılır: "AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, institut əməkdaşlarının mart ayı üçün nəzərdə tutulan əməkhaqları da ödənilib".

 

Konkret elmi-tədqiqat planına uyğun olaraq araşdırmalarını davam etdirdiyini deyən institut direktoru doktorant və dissertantlarla da virtual əlaqələr yaratdığını, onlara lazımi köməkliyi göstərdiyini vurğulayıb.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV