Modern.az

Goranboyda Olimpiya Kompleksinin inşası davam etdirilir

Goranboyda Olimpiya Kompleksinin inşası davam etdirilir

Aktual

11 Aprel 2020, 09:47

Prezident İlham Əliyevin tapşırığı ilə inşası aparılan Goranboy şəhər Olimpiya İdman Kompleksində işlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Olimpiya İdman Kompleksinin tikintisində aparılan işlərlə yerində tanış oldu.

 

İcra başçısı burada tikinti işlərini aparan podratçı təşkilatın nümayəndəsi ilə görüşdü, onların qarşılaşa biləcəyi problemlərin yerində həll olunması və aparılan tikinti işlərinin yüksək keyfiyyətlə görülməsi ilə bağlı aidiyyatı məsul şəxslərə tapşırıqlarını verdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV