Modern.az

Şabranda avtomobilin aşması nəticəsində 3 nəfər ölüb

Şabranda avtomobilin aşması nəticəsində 3 nəfər ölüb

Aktual

11 Aprel 2020, 11:00

Şabranda baş vermiş yol qəzasında ölənlərin sayı 3 nəfər çatıb.

 

Modern.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 1993-cü il təvəllüdlü Cəlal Azad oğlu Babayev xəstəxanada ölüb.

Hadisə rayonun Hacıqaraqaşlı kəndində qeydə alınıb.

 

"Kia Cerato" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dünyasını dəyişənlər Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu və Babayev Cəlal Azad oğludur. Xəsarət alan şəxslər isə Zəkiyev İsmayıl Rövşən oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğludur.

 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV