Modern.az

ABŞ-da biznesə 168 milyard dollar ayrıldı

ABŞ-da biznesə 168 milyard dollar ayrıldı

Aktual

11 Aprel 2020, 11:16

ABŞ hökuməti koronavirus epidemiyası fonunda kiçik biznesə dəstək proqramı çərçivəsində 168 milyard dollar vəsait ayırıb.

 

Modern.az-ın məlumatına görə, proqram çərçivəsində 661 min müəssisəyə kredit verilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, ayrılan vəsait əməkdaşların əməkhaqlarının ödənilməsi üçün istifadə olunacağı təqdirdə sahibkarlar krediti qaytarmaq öhdəliyindən azad ediləcək.

 

Eyni zamanda, ayrılan vəsaitin aprelin 17-dək bitəcəyindən ehtiyat edilir. Bununla əlaqədar olaraq, Konqresə əlavə 250 milyard dollar vəsaitin ayrılması üçün müraciət edilib.

Qeyd edək ki, bu günədək ABŞ-da 1,6 milyondan çox şəxs koronavirusa yoluxub, 19 minə yaxın xəstə həyatını itirib.

 

 

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV