Modern.az

Ukrayna koronavirusla mübarizədə Azərbaycandan NÜMUNƏ GÖTÜRƏCƏK

Ukrayna koronavirusla mübarizədə Azərbaycandan NÜMUNƏ GÖTÜRƏCƏK

Aktual

11 Aprel 2020, 12:45

Pandemiya vəziyyətində Azərbaycanın təcrübəsinin öyrənilməsi bu gün Ukrayna üçün vətəndaşların sağ qalmasının savadlı strategiyasının hazırlanması yolunda doğru addım ola bilər.

 

Modern.az xəbər verir ki, Ukrayna Ali Radasının iqtisadi inkişaf məsələləri üzrə komitəsinin rəhbəri Dmitri Nataluxa AZƏRTAC-a eksklüziv müsahibəsində bu barədə danışıb.

Deputat qeyd edib ki, COVID-19 ilə bağlı ən aktual məqamda bu barədə danışmaq vacibdir.

 

Nataluxa deyib: "Axı bu strategiya yalnız karantin və özünütəcrid rejiminin tətbiqini nəzərdə tutmamalıdır. Məsələn, diqqətəlayiq faktdır ki, Azərbaycanda COVID-19-a qarşı mübarizəyə dəstək üçün xüsusi Fond yaradılıb, infeksiyaya qarşı mübarizə tədbirlərində iştirak edən həkimlərin sosial müdafiəsi gücləndirilib. Bundan başqa, Prezident İlham Əliyev koronavirusun nəticələri ilə mübarizə üçün Nazirlər Kabinetinə 588,2 milyon ABŞ dollarından artıq məbləğdə vəsait ayrılması haqqında sərəncam imzalayıb. Ölkədə virusun mövcudluğuna evdə pulsuz ekspres-testlərin keçirilməsi təşkil edilib, COVID-19 ilə mübarizə üzrə əlavə stasionar və mobil laboratoriyalar açılıb. Bu siyahını davam etdirmək olar, bir sıra başqa tədbirlərin tətbiqi planlaşdırılır".

 

Onun sözlərinə görə, əlbəttə, Ukrayna azərbaycanlı həmkarlarının təcrübəsinə diqqət yetirməli, həm də onlardan nümunə götürməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV