Modern.az

Güclüyük, səbirliyik və qalib gələcəyik

Güclüyük, səbirliyik və qalib gələcəyik

Aktual

11 Aprel 2020, 16:57

Hafiz Təmirov,

polis polkovnik-leytenantı


Hər anı sınaq dolu günlər yaşayırıq.  Dünyanı lərzəyə salan karonavirus epidemiyasının caynağından insanlarımızın həyatını qurtarmaq üçün dövlətimiz tərəfindən gərəkli addımlar atılıb, atılır və bundan sonra da atılacaq.


Bəlanın sərhədlərimizə yaxınlaşdığı ilk gündən onun sürətlə yayılma tendensiyasını nəzərə alan möhtərəm Prezidentimizin çox böyük  uzaqgörənliklə mühüm və düşünülmüş qərarlar qəbul etməsi bu gün faciə ilə üzbəüz qalan, səhiyyəsi aciz duruma düşən inkişaf etmiş dövlətlərin aqibəti ilə üzləşməkdən bizi xilas etdi.


Hər gün yüzlərlə insan ölümünə şahid olduğumuz bir zamanda bir güllə belə atılmadan dünyanı saran səssiz ölümün gəlişini nə zənginlər, nə də yoxsullar  duyur.   Eqosu atomlardan qorxulu olan, dünyanı yenidən bölmək üçün milyonlarla insanın ölümünə bir göz qırpımında qol çəkmək üçün fürsət gözləyənlərin,  “yerin dərdini” kosmosa daşıyanların idarəolunmaz və qarşısı alınmaz gücə çevrilən kiçik bir zərrəcikdən sarsılmaları göz önündədir.


Dünya xəritəsində kiçik də olsa öz yeri olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemi ilə yüklənən, hələ də torpaqlarının 20 faizindən çoxunun işğal edildiyi bir ölkənin belə bir çətin dönəmdə duruş gətirməsi, vətəndaşlarının həyatını qoruması yaxşı bilirik ki, dost və ya düşmən masalarında  müzakirə mövzusudur.


Təkcə özümüzü deyil, dünyanı qurtarmaq üçün çabalarımız,  daha çətin durumda olan ölkələrə etdiyimiz yardımlar tolerant və multikultural dəyərləri anayasamızdan tutmuş, qəbul edilən qərarlarda, verilən fərman və sərəncamlarda önə çəkməyimiz bir xalq olaraq humanistliyimizin, həm də qədim dövlətçilik ənənələrimizin təzahürüdür.


Bu gün daxili işlər orqanlarının üzərinə düşən məsuliyyətin coğrafiyası bütün Azərbaycanı əhatə edir. Paytaxtdan tutmuş, ən ucqarlarda tətbiq olunan karantin rejiminin "keşiyində" ayıq-sayıq dayanıb Azərbaycan Polisi.  Belə ağır və çətin günləri 1988-ci il hadisələrindən sonra da yaşamışdıq və bədəlini də çox ağır ödədik. 
1991-ci ildə müstəqilliyimizə gedən yollara tikanlı məftillər çəkmək niyyətində olanları xalqımızın əzmi, iradəsi və birliyi darmadağın etdi. Siyasi oyunların qurbanı isə torpaqlarımız oldu. Həmin dövrdə də ölkənin hələ olmayan ordusunun-Vətəni qorumaq üçün üçrəngli bayrağın altında and içib döyüşə yollanan oğulların önündə Azərbaycan Polisi gedirdi və bu təkzibolunmaz fakt, unudulmaz tarixdir.


Yaşanan pandemiya bizə həmin dövrü xatırladır. Yenə də dövlət-xalq, vətəndaş-polis həmrəyliyi ilə yaşam uğrunda mücadilə edirik, daha doğrusu, mübarizə aparırıq. Qarşıya çıxan çətinlikləri dəf etmək, insanların ehtiyacını ödəmək üçün dövlət bütün lazımı tədbirləri görür.


Ancaq təəssüflər olsun ki, bu günlərdə dövlətin siyasətinə, xüsusən də onun bel sütunu olan Azərbaycan Polisinə sərhədlərimizdən o üzdə və içimizdə kök salmış “beşinci kolon”çular tərəfindən çamur atanlara da şahid oluruq.


Güclü Azərbaycanın varlığı və onun regionda böyük güclərin hesablaşdığı söz sahibinə çevrilməsi, əlbəttə ki, siyasi xətti dağıdıcılıq və qəsbkarlıq olanları narahat etməyə bilməz. Bir həqiqət var ki, Azərbaycan adlı gəminin göyərtəsində 10 milyonluq bir xalq zaman-zaman kiçilmiş xəritəsini bərpa etmək, sərhədlərə sığmayan sərhəddini yenidən müəyyənləşdirmək üçün möhtərəm Prezidentimizin rəhbərliyi ilə inamla üzü sabaha yol gedir. Gücün sözdə olmadığını, işdə, fikirdə və əməldə olduğunu görmək istəyənlər Azərbaycan həqiqətlərinə öz aynalarından deyil, min illərə şahidlik edən, odlu ürəyi dünyanı isidən, ayna suları gələcəyimizə işıq saçan  Xəzərimizdən baxsalar kifayətdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV