Modern.az

Sabirabadda ağac kəsən şəxs 2640 manat CƏRİMƏLƏNDİ

Sabirabadda ağac kəsən şəxs 2640 manat CƏRİMƏLƏNDİ

Aktual

11 Aprel 2020, 17:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı Sabirabad rayonu Moranlı bələdiyyəsinə aid torpaq sahəsində rayon sakini Əlsəfa Salmanov tərəfindən ağac və kolların kəsildiyi, təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV