Modern.az

Dünyada bir sutkada 89 657 nəfər koronavirusa yoluxub

Dünyada bir sutkada 89 657 nəfər koronavirusa yoluxub

Aktual

12 Aprel 2020, 00:10

Son bir sutkada dünyada  koronavirusa yoluxanların sayı daha 89 657 nəfər artıb.

 

Modern.az  xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik bülletenində bildirilib.

 

Məlumata görə, dünyada gün ərzində daha 6 892 nəfər koronavirusdan ölüb.


Statistikaya əsasən, dünyada 1 610 909 xəstələnən və 99 690 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 89 657, ölənlərin sayı isə 6 892 nəfər artıb.

Ən çox xəstələnmə və ölüm halları Avropa Bölgəsində qeydə alınıb - müvafiq olaraq 839 257 və 70 565 hal. Gün ərzində orada xəstələnənlərin sayı 39 561, ölüm hallarının sayı isə 4 352 nəfər artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV