Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamına əsasən, bir necə gün öncə yaşı 65-dən yuxarı olan 176 nəfər azadlığa qovuşub.
Modern.az xəbər verir ki, həbsxananı tərk etdikdən sonra ahıllar iki həftəlik karantinə yerləşdiriliblər.
Həmin şəxslər arasında ölkənin 40-dək rayonda qeydiyyatda olan şəxslər var. Pandemiyanın bütün ölkəni əhatə etməsi nəzərə alınaraq yaşı 65-dən yuxarı olan keçmiş məhkumlar doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin sağlamlıq durumu araşdırılır.
Mövzü ilə əlaqədar “İTV xəbər” süjet hazırlayıb. Həmin süjeti təqdim edirik: