Modern.az

Bakıda minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var

Bakıda minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var

Aktual

12 Aprel 2020, 09:26

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində baş verib. 

 

“Chery” markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə sərnişin xəsarət alıb. 

 

Avtomobil deformasiyaya uğrayıb.

 

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!