Modern.az

Şabranda ana və oğlunu güllələyərək öldürən şəxs saxlanılıb

Şabranda ana və oğlunu güllələyərək öldürən şəxs saxlanılıb

Aktual

12 Aprel 2020, 11:05

Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb. 

 

Modern.az-ın "APA"ya istinadla verdiyi məlumata görə, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

 

Qeyd edək ki, hadisə zamanı N.İslamov həmkəndliləri 1963-cü il təvəllüdlü  Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib. 

 

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq  davam etdirilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV