Modern.az

Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı

Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı

Aktual

12 Aprel 2020, 13:29

Gürcüstanın Bolnisi rayonunda koronavirusa yoluxan azərbaycanlı hamilə qadın koronavirusdan tam sağalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

 

Onun sözlərinə görə, 24 həftəlik hamilə qadın xəstəxanaya martın 26-da çatdırılıb və pasiyentdə xəstəlik ciddi ağırlaşmalar olmadan keçib.

 

L.Ratiani deyib ki, qadının koronavirusla bağlı iki testinin cavabı mənfi olub: 

 

“Bir neçə saatdan sonra o, evə buraxılacaq. Dölün də vəziyyəti yoxlanılıb. Hazırkı mərhələdə döl fizioloji şərtlərə uyğundur”.

 

Qeyd edək ki, Gürcütanda bu günə qədər COVID-19 infeksiyasına 252 nəfər yoluxub. Onların 63-ü sağalıb, 3-ü isə ölüb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV