Modern.az

Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğulu həyatını itirib

Şəmkirdə atasının yandırdığı evdə xəsarət alan oğulu həyatını itirib

Aktual

12 Aprel 2020, 16:14

Aprelin 6-dan 7-nə keçən gecə Şəmkirdə ailə münaqişəsi zəminində atası tərəfindən evin yandırılması nəticəsində ağır yanıq xəsarəti oğulu həyatını itirib.

 

Modern.az-ın "APA"ya istinadla verdiyi xəbərə görə, 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu Bakıda xəstəxanalardan birində dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə aprelin 6-dan 7-nə keçən gecə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlu münaqişəsi zəminində evə benzin tökərək  yandırıb. Bu zaman onun ailə üzvləri – 54 yaşlı həyat yoldaşı Nüşabə Yaqubova, oğlu - 32 yaşlı Əkbər Vəliyev, gəlini - 32 yaşlı Nərgiz Hüseynova və azyaşlı nəvəsi - 4 yaşlı Banu Vəliyeva yanıq xəsarətləri alıb. Onlar vəziyyətləri ağır olduğundan TTYX briqadası ilə Bakı şəhərində gətiriliblər.

 

Aprelin 7-də hadisəni törədən 57 yaşlı V. Yaqubov Şəmkir Rayon polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV