Modern.az

Kürdəmirdə qəza, ölən və yaralananlar var

Kürdəmirdə qəza, ölən və yaralananlar var

Aktual

12 Aprel 2020, 17:25

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Qaraqocalı kəndində olub.

 

Belə ki, rayon sakini Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olarkən İsmayılov Rahim Zöhrab oğlunun idarə etdiyi "BMW" markalı minik avtomobili ilə toqquşub.

 

Nəticədə "VAZ-2107" nin sürücüsü R.Kərimov hadisə yerində ölüb.

 

Digər avtomobilin sürücüsü və sərnişinləri - Rəsulov Hakim İlqar oğlu və Kərimov Mübariz Paşa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!