Modern.az

"Üçüncü "transfer pəncərəsi" açıla bilər" - FİFA rəsmisi

Aktual

12 Aprel 2020, 20:57

Koronavirus pandemiyası ilə əlaqədar futbol yarışlarında fasilə yarandığından, 3-cü "transfer pəncərəsi" açıla bilər.

Modern.az  APA-ya istinadən xəbər verir ki, bunu FİFA Müşahidə Şurasının sədri Ceyms Kiçinq deyib.

Ali futbol qurumunun nümayəndəsi futbolçuların rahatlığının təmini üçün müxtəlif formada işlər aparıldığını söyləyib: "Üçüncü "transfer pəncərəsi" görə bilərik. Müqavilə müddəti planlaşdırılan tarixdən gec başa çatacaq futbolçuların da özlərini bu baxımdan rahat hiss etmələrini istəyirik".

Kiçinq həmçinin onu da vurğulayıb ki, FİFA futbolçularla yanaşı, klubların da zərər görməməsinə çalışır: "Təxirəsalmaların nə vaxta qədər davam edəcəyi, transfer dönəmləri və əlavə müddət üçün çalışmalar davam edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV