Modern.az

İtaliyada koronavirusdan 431 nəfər öldü

İtaliyada koronavirusdan 431 nəfər öldü

Aktual

12 Aprel 2020, 21:41

İtaliyada yeni növ koronavirusdan son sutka ərzində 431 nəfər dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 19 899 nəfərə çatıb.
 
İtaliyada son sutka ərzində daha 4 092 nəfərdə koronavirus aşkarlanıb ki, bununla da virusa yoluxanların ümumi sayı 156 363 nəfərə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?