Modern.az

“20 Yanvar” qazisinə videoçarx həsr olundu - VİDEO

“20 Yanvar” qazisinə videoçarx həsr olundu - VİDEO

Aktual

12 Aprel 2020, 23:08

“20 Yanvar” qazisi, Qarabağ müharibəsi iştirakçısı Ələkbər Talıbova (1953-2020) həsr olunmuş videoçarx yayımlanıb. Modern.az xəbər verir ki, bu barədə məlumatı mərhumun oğlu, tarixçi Sübhan Talıblı bildirib. O, videoçarxa görə Real TV-yə təşəkkür edib.
Xatırladaq ki, Ələkbər Talıbov 1953-cü il avqustun 7-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. 20 Yanvar faciəsi zamanı yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiyinə görə "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülüb. Ələkbər Talıbov Qarabağ müharibəsində də iştirak edib. Qarabağın müxtəlif bölgələrində erməni işğalçılarına qarşı döyüşüb. O, 2020-ci il martın 8-də vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV