Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə keçirdiyi "Evdə qalaq, bilgi alaq” kampaniyası çərçivəsində növbəti ictimai müzakirə "4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar" mövzusuna həsr olunacaq.
Şuradan Modern.az-a verilən məlumata görə, ictimai müzakirə aprelin 13-də saat 15:00-da başlayacaq.
“Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində təşkil olunacaq "4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar" mövzusunda ictimai müzakirənin moderatoru "Spektr" Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyinin İdarə Heyətinin sədri Ramil Abbasov olacaq.
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov, "AzerTelecom" MMC-nin baş direktoru Fuad Allahverdiyev və “ErangelProduction” MMC-nin direktoru Zaur Orucov onlayn ictimai müzakirədə çıxış edəcək, həmçinin, vətəndaşların suallarını cavablandıracaqlar.