Modern.az

Alimlərdən bədbin proqnoz: İyunadək koronavirusa qalib gəlmək mümkün olmayacaq

Alimlərdən bədbin proqnoz: İyunadək koronavirusa qalib gəlmək mümkün olmayacaq

Aktual

13 Aprel 2020, 09:18

Koronavirusla bağlı təhqiqatlar yeni nəticələr ortaya qoyur.

 

Modern.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Honkonq Universitetinin bir qrup alimi koronavirusun atipik pnevmoniyaya yol açan ştamdan üç dəfə aqresiv olduğunu aşkar edib.

 

 

Mütəxəssislər xəstəliyin altı könüllünün ağ ciyər hüceyrələrində fəallığını araşdıraraq belə bir qənaətə gəliblər ki, koronavirus qeyd edilən virusdan 3,2 dəfə tez çoxalır.

 

Bununla birgə, bədənin iltihaba qarşı reaksiyası zəif olur –  immun sistemi tərəfindən istifadə olunan siqnal zülalları demək olar ki, işə düşmür.

 

Qrupun rəhbəri Yuen Kvok-yun qeyd edib ki, belə olduğu halda iyul ayınadək pandemiyanın qarşısını almaq mümkün olmayacaq.(Oxu.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV