Modern.az

Mayın 1-dən balıq ovuna qadağa qoyulacaq

Mayın 1-dən balıq ovuna qadağa qoyulacaq

Aktual

13 Aprel 2020, 09:48

Balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar may ayının 1-dən sentyabrın 1-dək balıq ovuna moratorium elan olunacaq.

 

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

 

Xidmət rəisi təbii su hövzələrində mövcud balıq ehtiyatlarının mühafizəsinın, qorunmasının  vacibliyini günümüzün ən aktual məsələlərindən biri olduğunu qeyd edib.

 

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından imtinaya,  qaydalara əməl etməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV