Modern.az

Azərbaycanda tragikomik hadisə: Viski oğurlayarkən bıçaqlandı, polisə şikayət etdi

Azərbaycanda tragikomik hadisə: Viski oğurlayarkən bıçaqlandı, polisə şikayət etdi

Aktual

13 Aprel 2020, 09:54

Gəncə şəhərində maraqlı hadisə baş verib. 

 

Hüquq-mühafizə orqanlarından Modern.az-a verilən məlumatına görə, oğurluq edən şəxs polisə müraciət edərək, başqa bir cinayət barədə şikayət verib.

 

Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Zeynalov müraciəti zamanı bildirib ki, şəhərdə yerləşən marketlərdən birindən viski oğurlamağa cəhd edib. Bu zaman marketin əməkdaşları onu tutublar. 

 

O iddia edib ki, tanımadığı şəxs (və ya şəxslər) tərəfindən ayaq nahiyəsindən bıçaqlayıb. 

 

Onun kim tərəfindən bıçaqlandığı hələlik müəyyən edilməyib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.(Oxu.az)

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...