Prezident İlham Əliyev Oğuz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamla Oğuz rayonunun əhalisi 12736 nəfər olan 9 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Oğuz rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 aprel tarixli Sərəncamına Əlavə
| Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı, ədəd | Əhalinin sayı, nəfər |
|
| Baş Daşağıl kəndi | 1 | 1298 |
|
| Bucaq kəndi | 1 | 1623 |
|
| Xaçmazqışlaq kəndi | 1 | 567 |
|
| Xalxalqışlaq kəndi | 1 | 280 |
|
| Kərimli kəndi | 2 | 3554 |
|
| Muxas kəndi | 1 | 1244 |
|
| Padar kəndi | 1 | 2523 |
|
| Şirvanlı kəndi | 1 | 985 |
|
| Yaqublu kəndi | 1 | 662 |
| Cəmi | 10 | 12 736 | |