Modern.az

Avropa Komissiyasının əməkdaşı koronavirusdan öldü

Avropa Komissiyasının əməkdaşı koronavirusdan öldü

Aktual

13 Aprel 2020, 15:00

Avropa Komissiyasının Tədqiqatlar və innovasiyalar baş direktorluğunun əməkdaşı koronavirusun səbəb olduğu xəstəlikdən vəfat edib.

 

Modern.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula von der Lyayen deyib.

 

Bu, Avropa Komissiyasının əməkdaşları arasında koronavirusdan qeydə alınan ilk ölüm halı olub. Vəfat edən əməkdaşın adı açıqlanmır.

 

Qeyd edək ki, bu günədək Avropada 885 mindən çox yoluxma qeydə alınıb, 77 mindən çox xəstə ölüb.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...