Modern.az

Nazirlik rəsmisi vətəndaşları fırıldaqçılara aldanmamağa çağırdı

Nazirlik rəsmisi vətəndaşları fırıldaqçılara aldanmamağa çağırdı

Aktual

13 Aprel 2020, 16:16

"Son günlər işsiz şəxslərə birdəfəlik ödəmə ilə bağlı qeydiyyatdan keçmələri üçün guya yardım etmək məqsədilə bir neçə sosial şəbəkə səhifəsi vasitəsilə fəaliyyət göstərilməsi müşahidə olunur".

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov özünün feysbuk hesabında yazıb:

 

"Onlar işini və qazancını itirmiş vətəndaşlara onlayn müraciət edilməsində ödəniş müqabilində öz xidmətlərini təklif edirlər. Sizə bunu əks etdirən bir neçə şəkli təqdim edirəm.

İşini və qazancını itirmiş əhali qrupuna sosial dəstək üçün nəzərdə tutulan tədbir üzərindən qazanc, mənfəət əldə etmək meyllərini qəti şəkildə pisləyirik.

Bildiririk ki, bu cür fəaliyyətlərini davam etdirəcəkləri halda onlar barədə toplanmış məlumatlar hüquq mühafizə orqanlarına təqdim ediləcək. Vətəndaşları isə belə fırıldaqçılara aldanmamağa çağırırıq".

 

F.Talıbov birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarını bir daha xatırladıb:

 

Videotəlimat - //www.youtube.com/watch?v=AifpUSG0fmU

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV