Modern.az

ABŞ-da koronavirusdan ölənlərin sayı 22 mini ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 22 mini ötdü

Aktual

13 Aprel 2020, 18:18

ABŞ-da son 24 saatda daha 1 518 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 22 116-ya çatıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 872 000-i ötüb. Bunların 434 778 nəfəri sağalıb, 116 027 nəfəri isə ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV