Modern.az

Şəmkirdə direktor qəzaya düşdü: ölənlər var

Şəmkirdə direktor qəzaya düşdü: ölənlər var

Aktual

13 Aprel 2020, 21:54

Şəmkirdə VAZ markalı avtomobil yük maşını ilə toqquşub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qəza zamanı VAZ zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru Vəliyev Eyvaz Nurqələm oğludur. O, avtomobilə sərnişin qismində əyləşib.

Hadisə zamanı habelə daha bir nəfər - Xaqani (soyadı dəqiqləşdirilir - red) adlı şəxs ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV