Modern.az

Bakıdan ABŞ-a da dəstək verildi - VİDEO

Bakıdan ABŞ-a da dəstək verildi - VİDEO

Aktual

13 Aprel 2020, 23:08

Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı videoproyeksiya olunub.

 

Modern.az xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVİD-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV