Modern.az

Diaspor təşkilatı Moldovadakı azərbaycanlılara yardım etdi - FOTO

Diaspor təşkilatı Moldovadakı azərbaycanlılara yardım etdi - FOTO

Aktual

14 Aprel 2020, 00:42

Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi Moldova Azərbaycanlılar Konqresi ilə birlikdə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar fövqəladə komitə yaradıblar.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, Komitəyə səfirliyin əməkdaşları, Konqresin parlaq və fəal üzvləri daxil olub.

Komitəyə sədr diasporun fəal üzvü Maarif Rəhimov seçilib. Artıq Komitə tərəfindən 20 000 ley yardım şəklində vəsait Kişinyovun meriyasının Tibbi yardım klinikasına göndərilib. Eyni zamanda, Komitə tərəfindən ərzaqlar, lazımı dərman və ləvazimatlar möhtac olanlara, o cümlədən həmyerlilərimizə göndərilir.


Bu barədə məlumat böyük oxucu auditoriyasına malik olan Moldovanın TRİBUNA informasiya agentliyində dərc olunub.

 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV