Modern.az

Azərbaycanda vəzifəli şəxs saxta yolla arvadına 190 manatı almaq istədi

Azərbaycanda vəzifəli şəxs saxta yolla arvadına 190 manatı almaq istədi

Aktual

14 Aprel 2020, 10:30

"Birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən bəzi şəxslər meyarlara baxmadan müraciət edirlər".

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli ATV televiziyasına açıqlamasında bildirib.

 

Mustafa Abbasbəylinin sözlərinə görə, bu vəziyyət həmin prosesin gecikməsinə səbəb olur:

 

"Bəzi hallarda şöbə müdiri öz həyat yoldaşını, anasını və atasını, övladını qeydiyyatdan keçirməyə çalışır. Belə hallar da az deyil. Bu vəziyyətdən istifadə etməyək. Haqqı olanı qabağa buraxaq". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV