Bakıda aptekdə oğurluq hadisəsi baş verib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 4 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.