Modern.az

Nikol Paşinyanın aşbazı koronavirusa yoluxdu

Nikol Paşinyanın aşbazı koronavirusa yoluxdu

Aktual

14 Aprel 2020, 13:23

Ermənistanın baş naziri Nikol Paşinyanın aşbazı Xaçatur Barseqyan koronavirusdan müalicə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, aşbazdan ilk test bir ay əvvəl götürülüb və analizin nəticəsi müsbət olub. İndi infeksiyanın əlamətləri olmasa da, yeni testin mənfi nəticə verməsini gözləyirlər.

 

Onun, təxminən, bir ay əvvəl Razdanda toyda yoluxduğu ehtimal edilir.

 

Qeyd edək ki, Ermənistanda yoluxanların sayı 1 067-yə, ölənlərin sayı isə 16-ya çatıb.(Report.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...