Bütün dünya, həmçinin elə Rusiyanın özü üçün də ermənilər xalq olaraq keyfiyyətlərinə görə çox əhəmiyyətsiz, saxta və xarab məxluqlardır.
Hayların oğru, hiyləgər, yaltaq, insana hətta heyvana xas olan mənfi keyfiyyətlərini kiməsə ayrı-ayrılıqda sübut etməyə ehtiyac yoxdur. Hər kəs yaxşı bilir ki, tarixdən bugünədək onlar üçün araqarışdırmaq həyatda ən "ali" bir iş hesab olunur. Məhz bu üzdəndir ki, haylar elə özlərinə məxsus atalar sözündə - "Harda hay, orda vay" - deyirlər.
Putinin 8 apreldə əhaliyə telemüraciətində koronavirusla bağlı siyasi baxımdan uğursuzcasına söylədiyi - "Biz polovları, peçeneqləri aşdıq, koronavirus yoluxmasını da aşacağıq" sözünü eşidər-eşitməz erməni mediası o dəqiqə - "Putin azərbaycanlıların əcdadlarına zərbə endirdi: Bakı qarışdı" başlıqlı şərhlərlə hücuma keçdi. Erməni icmalçı Akop Badalyan rişğəndlə qeyd edir ki, "Azərbaycanlılar Njdenin faşist olduğunu Rusiya tərəfindən tanınmasına cəhd etdiyi təqdirdə, əvəzində - yoluxma ilə müqayisə olunduqları zərbəni aldılar". Akop sonra nə fikirləşirsə sözlərini "hərlədərək" - "Putinin bu müqayisəsində məqsədi çətin ki azərbaycanlılar olsun, bu sözün ünvanı Bakı deyil, məhz Ankaradır. Bu, Ərdoğanın məsləhətçisinin "Rusiyada 25 milyon müsəlman yaşayır, onlar Rusiyanı içindən dağıdar" sözünə verdiyi cavabdır", - deyə, Rusiya prezidentinin bu sözü unutmadığını və özünün "müqayisəsini" Türkiyə prezidentinə ünvanladığını hesab edir.
Doğrudur, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov - "Belə bir tarixi fərziyə var ki, vizantiyalılar polovlarla danışığa gedib peçeneqləri məğlub edib və Vizantiyanın içində qarışıb itiblər. Bax belə olmalıdır, peyvənd edəndə bəlkə də virus öz içindən yeyiləcək", deyə, bu "müqayisəyə" don geyindirsə də, ancaq ermənilərin araqarışdırmasına mane ola bilmədi.
Haylar bu günlərdə Çindən gələn humanitar yardıma da "barmaq" etməkdən utanmadılar. Güya Çindən Ermənistana göndərilən yardım qutularının üstündə - "Dostluğumuz Ağrı dağından daha yüksək, Yantszı çayından daha uzun olsun" yazılıbmış. Ermənilər bunu - "Çin Ararat dağının Ermənistana aid olduğunu tanıyır" başlıqlı yazı ilə dərhal tirajladılar. Ancaq Türkiyə XİN-in rəsmisi Hami Aksoyun sözlərinə görə Çinin Ankaradakı səfiri Deng Li və Çin Xarici İşlər Nazirliyi bu "mətnlə" bağlı açıqlamada "Ermənistana humanitar yardım yükünün Çinin bölgələrindən birinin yerli rəhbərliyi tərəfindən hazırlanaraq özəl bir şirkət tərəfindən göndərildiyini vurğulayıb. Üstəlik yerli rəhbərlik qutulara yalnız Çin dilində mətn yerləşdirib, orada isə Ağrı dağı haqqında heç bir məlumat yazılmayıb. Çin səfirinin sözlərinə görə, Ağrı dağı ilə əlaqəli ingilis mətni sonradan qutulara yazılıb" - deyib". Bu isə onu təsdiq edir ki, saxtakar ermənilər ingilis dilində yazılmış cümləni özləri qəsdən Çinlə Türkiyənin arasını "sərinlətmək" üçün özləri qəsdən yazıblar. Yeri gəlmişkən, Çin səfiri hadisənin hərtərəfli araşdırıldığını və nəticələr barədə Türkiyə tərəfinə məlumat veriləcəyini, həmçinin, Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə Pekinin dəyişməz mövqeyinin olduğunu dərin hörmətlə bildirib.
Bu oyundan əlləri göydə qalan haylar bu dəfə Xankəndində İrana aid olduğu deyilən neft daşıyan avtomaşınların videogörüntüsünü yaydı. Videonu telefonla çəkən bir erməni dığası hay-həşir salır ki, "baxın məmurlar İrandan neft gətirirlər, onlar bununla koronavirus gəlməsinə məhəl qoymurlar, onlar xalqı düşünmürlər, bunun başında Bako dayanır" deyərək, videonun inandırıcılığını son dərəcə doğru olmasına cəhd edir. Ancaq onu da qeyd edək ki, kolonla gələn maşınların üstündə həqiqətən İrana aid olan yazılar görünür.
Doğrudur, İrandan Dağlıq Qarabağa Ermənistan üzərindən neftin gətirilməsi inandırıcı ola bilər, amma bu kadrların hansı məkanda çəkildiyini təsdiq edən faktın olmaması dəqiq bilinmir deyə bu "kinonun" ermənilərin İran-Azərbaycan münasibətlərinə zərbə vurmaqdan ötrü çəkdiklərini güman etmək də olar. Bu arada İranın Bakıdakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi "moderator.az" saytına açıqlamasında bu faktın etibarsız olduğunu - "Azərbaycan xalqının nəzrinə çatdırırıq ki, İİR-nın Azərbaycanın işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişi mövcud deyil. Ermənilər əvvəllər də belə video və fotolarla iki ölkə arasındakı əlaqələri korlamağa çalışmışlar", deyərək ermənilərin növbəti bu oyununu puç etmiş olur. Digər tərəfdən etiraf etmək lazımdır ki, İran tərəfin də sözlərinin səmimiliyinə inanmaq olmur.
Əslində hayları araqarışdırma qarınağrısına salan, özünə qardaş bildiyi Rusiyanın, İranın və digər bu kimi ölkələrin, həmçinin, BTM və ATƏT-in Dağlıq Qarabağda "keçirilmiş" əldədüzəlmə "prezident və parlament seçkilərini" tanımamaları, üstəlik pisləmələridir. Bunun üstündən isə Azərbaycanın Rusiyadan çoxfunksiyalı SU 35 və MiQ 35 qırıcıların alış-verişi ilə bağlı sövdələşməsi ermənilərə sözün əsl mənasında od qoyur. Hətta Akop Badalyan yandığından bu barədə yazdığı yazısını - "Rusiya dövlətçiliyinin Azərbaycana satılması: qərar masadadır" adlandırmışdı və qeyd etmişdi ki, Azərbaycanla Rusiya arasında bu alış-veriş baş tutacağı təqdirdə Ermənistanın Rusiyadan aldığı SU 30 SM qırıcıların heç bir əhəmiyyəti olmayacaq.
Sözsüz ki, bütün dünya, həmçinin elə Rusiyanın özü üçün də ermənilər xalq olaraq keyfiyyətlərinə görə çox əhəmiyyətsiz, saxta və xarab məxluqlardır. Bunu ötən günlərdə "Rusiya prezidenti tərəfindən saymamazlıq" adlı yazıda erməni mediası özü də təsdiqləmiş oldu. Yazıda - "Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı təbii qazın qiyməti ilə bağlı Nikolun yalvarışını cavabsız qoyaraq dəstəyi asdı", deyilir. Yəni, Putin "ermənibaşa" qandırıb ki, həm sən özün, həm də sənin ölkən mənim "qazımın" dəyəri qədər deyilsiniz. Ona görə də ömürboyu hərtərəfli olaraq Rusiyadan asılı qalacaqsınız.
İndi Azərbaycanda Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb. Məşqlərdə S-300 "Favorit" zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, işdir ermənilər əgər bu məşqləri öz mediasında - "Azərbaycan S-300-lərlə müharibəyə başlayır" adı ilə "işıqlandırsa", təəccüblənməyə dəyməz. Ancaq ona təəccüblənək ki, ermənilərin bu hay-həşirləri "kitayski" hay-həşir olacaq, doğru olmayacaq.
Mübariz Azərbaycanlı, müstəqil jurnalist