Modern.az

Rusiyadan ikili vətəndaşlıqla bağlı ÖNƏMLİ QƏRAR

Rusiyadan ikili vətəndaşlıqla bağlı ÖNƏMLİ QƏRAR

Aktual

14 Aprel 2020, 18:44

Dövlət Duması Rusiya vətəndaşlığını qəbul edərkən digər ölkənin vətəndaşlığından imtina etməməyə imkan verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

 

Modern.az xəbər verir ki, hazırda Rusiya vətəndaşı olmaq üçün ərizə verən əcnəbi öz ölkəsində vətəndaşlıqdan imtina barədə müraciət verdiyini təsdiq etməlidir. Yeni qanun layihəsi qəbul edilərsə, bu tələb aradan qaldırılacaq.

 

 

MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, layihə ikinci oxunuşda aprelin 17-də nəzərdən keçiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV