Modern.az

Azərbaycan və Gürcüstan spikerləri koronavirusu müzakirə etdi

Azərbaycan və Gürcüstan spikerləri koronavirusu müzakirə etdi

Aktual

14 Aprel 2020, 21:16

Milli Məclisin Sədri Sahibə Qafarova ilə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze arasında telefon danışığı olub.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Parlament sədrləri Gürcüstan və Azərbaycanda qlobal pandemiya kontekstində həyata keçirilən təbdirlər, ictimai sağlamlıq və iqtisadi məsələləri müzakirə ediblər.

Söhbət zamanı parlamentlərin fəaliyyəti və COVID-19 virus infeksiyasına qarşı mübarizədə qanunverici orqanların iştirakı məsələsinə də toxunulub.

A.Talakvadze azərbaycanlı həmkarına dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycana koronavirusla mübarizəni uğurla başa çatdırmağı arzulayıb.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV