Türkiyədə son sutka ərzində daha 107 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 403 nəfərə çatıb:
"Bu gün 33 070 test keçirilib, 4 062 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 65 111 nəfərdir. . Onlardan 1809 nəfəri reanimasiyadadır. 4799 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 842 xəstə bu gün evə buraxılıb".
F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 443 626 nəfərin testdən keçdiyini qeyd edib".