Modern.az

Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək  

Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək  

Aktual

15 Aprel 2020, 00:46

Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan bayrağı videoproyeksiya olunub.

 

Modern.az xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş etdirilib.

 

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə mərkəzin binası üzərinə proyeksiya olunur.

 

Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

 

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!