Modern.az

Bərdədə  güclü yanğın

Bərdədə  güclü yanğın

Aktual

15 Aprel 2020, 01:04

Bərdə rayonunda güclü yanğın olub.

Modern.az xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 420 kvadratmetr olan tikilidə baş verən yanğın  bir dam altında tikilən müxtəlif təyinatlı obyektləri əhatə edib. Nəticədə çörəkbişirmə sexinin, avtoyuma məntəqəsinin və qaynaq sexinin lambirindən ibarət tavanı və taxta materiallardan ibarət çardağı 150 kvadratmetr sahədə, qaynaq sexində olan “Mercedes” markalı mikroavtobus yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV