Modern.az

Gürcüstan prezidentindən Azərbaycana təşəkkür - FOTO

Gürcüstan prezidentindən Azərbaycana təşəkkür - FOTO

Aktual

15 Aprel 2020, 10:55

Gürcüstan Prezidenti Salome Zurabişvili həmrəyliyə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib.

 

Modern.az xəbər verir ki, prezident öz tvitter hesabında Heydər Əliyev Mərkəzinin Gürcüstan bayrağının rənglərində işıqlandırılmasına görə minnətdarlıq edib.

 

Salome Zurabişvili yazıb:

 

"Bu gün Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkürümü bildiririəm. Bu, Azərbaycan xalqının ən yaxşı həmrəylik addımlarından biridir. Biz birlikdə güclüyük!"

 

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.

 

T.İSMAYIL

 

 

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV