Modern.az

Cəlilabadda 500 ailəyə ərzaq paylanılıb - Fotolar

Cəlilabadda 500 ailəyə ərzaq paylanılıb - Fotolar

Aktual

15 Aprel 2020, 15:10

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Cəlilabad rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, Cəlilabad rayonundan seçilmiş deputat Malik Həsənovun təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir. Rayonda yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 500 ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar. Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.

 

Həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırılır. 

 





Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV